16.09.2022

"Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinin iştirakçılarına karyera inkişafı istiqamətində seminarlar keçirilib

13 və 14 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən “Süni intellekt və data elmi” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən “Karyera planlamasında haradan başlamalıyıq?” və ” Effektiv müsahibə texnikaları” adlı seminarlar keçirilib.

13 sentyabrda DMA-nın Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı tərəfindən keçirilən “Karyera planlamasında harada başlamalıyıq?” mövzusunda baş tutan seminarda iştirakçılar karyera planlaması zamanı diqqət edilməli olan vacib məqamlar haqqında ətraflı məlumatlandırılıblar və mövcud suallara cavab tapıblar.

14 sentyabrda DMA-nın Mərkəzi Karyera filialının Layihələr və monitorinq şöbəsinin əməkdaşı Ülviyyə Rüstəmli tərəfindən keçirilən “Müsahibələrdən necə üzüağ çıxaq?/Effektiv müsahibə texnikaları” seminarında isə iştirakçılar işə qəbul zamanı effektiv müsahibə texnikaları barəsində məlumatlandırılıblar və sonda təlimçiyə suallarını ünvanlayıblar.

Qeyd edək ki, “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsi Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilir.  Sözügedən layihə ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirməyi hədəfləyir.