İnternat məktəblərində işləyən psixoloqlar üçün ixtisasartırma təlimləri keçirilir
ARTİ MDPİM tərəfindən internat məktəblərində işləyən psixoloqlar üçün ixtisasartırma təlimləri keçirilir.
“İnternat məktəblərinin psixoloqları üçün psixoloji işin təşkili” adlı təlim proqramı 36 akademik saatdan ibarətdir və onlayn formada həyata keçirilir. Təlimlərin keçirilməsində məqsəd internat məktəblərində işləyən psixoloqların nəzəri bilik və praktik səriştələrinin artırılmasıdır.
Təlimlərdə iştirak edən müdavimlər qeyd olunan mövzular üzrə bilik və bacarıqlarını təkmilləşdirəcəklər:
- Şəxsiyyət haqqında nəzəriyyələr;
- Məktəblərdə psixoloji xidmətin təşkili;
- Psixodiaqnostikanın həyata keçirilməsi;
- Psixokorreksiyanın həyata keçirilməsi;
- Xüsusi təlimə ehtiyacı olan uşaqlarla işin təşkili və s.
Qeyd edək ki, adıçəkilən ixtisasartırma proqramı üzrə həyata keçiriləcək təlimlər 9 gün müddətində davam edəcək. İnternat məktəblərində işləyən psixoloqların yeni qrupları üçün növbəti həftələrdə də təlimlərin təşkili planlaşdırılır.