"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihənin ikinci mərhələsinə start verilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin ikinci mərhələsinə start verilib.
Pilot olaraq Bakı şəhəri üzrə seçilmiş 25 məktəbdə həyata keçirilən layihənin bu mərhələsində əsas məqsəd yaradılmış UMT komandalarının məktəblərdə maarifləndirici fəaliyyətlərinin davam etdirilməsi və həmin ümumtəhsil müəssisələrində prosesin mütəmadi şəkildə superviziya olunmasıdır. Bu məqsədlə, 2022/2023-cü tədris ilinin başlanğıcında 25 pilot məktəbin UMT komandaları ilə görüşlər təşkil olunmuş, uşaq müdafiəsi və təhlükəsizliyi mexanizminin əsas məqsədi, iş prinsipləri barədə müzakirələr aparılmışdır.
Qeyd edək ki, layihənin ilkin mərhələsində 25 məktəbin UMT komandaları təlimləndirilmiş, həmçinin şagirdlər, valideynlər və müəllimlərlə maarifləndirici görüşlər keçirilmişdir.