"Refleksiv müəllim" layihəsi üzrə riyaziyyat fənnindən seminar keçirilib
ARTİ MDPİM tərəfindən keçirilən "Refleksiv müəllim" layihəsi üzrə seminarlar davam edir.
29 sentyabr tarixində Şəfiqə Əfəndizadə adına 13 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə seminar təşkil edilib. Seminarda məktəbin ibtidai sinif müəllimi Lali Rəfiyeva 3-cü sinif dərsliyində olan "Ədədlərin müqayisəsi və sıralama" mövzusu üzrə dərs icmalı təqdim edib.
Təqdim edilən icmal əsasında dərsin motivasiya mərhələsi, dərsdə istifadə olunan iş formalarının və iş üsullarının məqsədə müvafiqliyi, vaxtdan səmərəli istifadə, formativ qiymətləndirmə, dərsin planlaşdırılması, ev tapşırıqlarının izahı kimi məsələlər ətrafında müzakirələr aparılıb. "Refleksiv müəllim" layihəsinin əsas məqsədlərindən biri olan birlikdə uğurlu dərs icmalı hazırlamaq məqsədinə uyğun olaraq ümumi razılıq əsasında müəllimin təqdim etdiyi icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə "Refleksiv müəllim" layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.