05.10.2022
Bir neçə lisey və gimnaziyada 5,6,7,8-ci siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilib
4 oktyabr tarixində mərkəzləşdirilmiş imtahanla qəbulu həyata keçirilən bir sıra lisey və gimnaziyalarda 5,6,7,8-ci siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilib.
Qeyd edək ki, diaqnostik qiymətləndirmənin keçirilməsinin məqsədi şagirdlərin bilik səviyyələrini öyrənmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdən ibarətdir.