10.10.2022

ARTİ MDPİM tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində "Planlaşdırma" təlimlərinə start verilib

ARTİ MDPİM tərəfindən 3-6 oktyabr tarixlərində Məktəbin İnkişaf Planı (MİP)  çərçivəsində “Planlaşdırma” təlimlərinə start verilib. Təlimlər Bakı şəhəri 18, 35, 38, 51, 154 və 173 nömrəli tam orta məktəblərdə təşkil edilib.

Təlimlərin əsas məqsədi müəllimlərin perspektiv və gündəlik planlaşdırmanın aparılması bacarıqlarının təkmilləşdirilməsidir. Qeyd edək ki, adıçəkilən təlimlər məktəblərin inkişaf planlarında 2022-2023 tədris ili üçün nəzərdə tutulmuş “1. İdarəetmə heyətinin və müəllimlərin peşəkar inkişafı” istiqamətinin “1.2. Dərsin planlaşdırılması” bəndini rəhbər tutmaqla həyata keçirilir.

Təlim müddətində müəllimlər perspektiv və gündəlik planlaşdırmanın məqsədinin, hazırlanması yollarının müzakirəsində iştirak ediblər, eyni zamanda altstandartdan təlim nəticəsinin çıxarılması, dərsin qiymətləndirmə meyarlarının məqsədəuyğun müəyyənləşdirilməsi və öyrənmə fəaliyyətinin səmərəli təşkil olunması ilə bağlı praktik məşğələlərdə biliklərini tətbiq etmək imkanı əldə ediblər.

Nəzərinizə çatdıraq ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Planlaşdırma” təlimlərinin keçirilməsi nəzərdə tutulur.