14.10.2022
Mərkəzləşdirilmiş imtahanla qəbulu aparılan lisey və gimnaziyalara 4,5,6,7-ci siniflər üzrə tədris dili və riyaziyyat fənninə dair nümunə suallar
Mərkəzləşdirilmiş imtahanla qəbulu aparılan lisey və gimnaziyalarda qəbul prosesinə bir sıra dəyişiklik edilib. Dəyişikliyə əsasən lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq, qəbul 4,5,6,7-ci sinif şagirdləri (müvafiq olaraq 5,6,7,8-ci sinfə qəbul) üçün sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq.
Qeyd edək ki, tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq.
Sual nümunələrini sizə təqdim edirik.