19.10.2022

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb

19 oktyabr tarixindən etibarən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. ARTİ-nin Mir Cəlal 71 ünvanında yerləşən binasında keçirilən müsahibələrə 775 nəfər dəvət edilib. 

28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılır. Qeyd edək ki, namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunurlar.

İştirakçılara uğurlar arzulayırıq!