"Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi" proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir
ARTİ MDPİM tərəfindən təşkil edilən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir.
"Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" mövzusunda olan budəfəki təlimlər 20-23 oktyabr tarixlərində keçirilib.
Təlimlər zamanı iştirakçılar məktəbdaxili qiymətləndirmənin məqsədlərinin təmin edilməsi istiqamətində müzakirələrə cəlb olunublar, məktəbin, müəllimin və şagirdin fəaliyyətinin səmərəli təşkili, valideyn və məktəb arasındakı əks-əlaqənin təmin olunması baxımından məktəbdaxili qiymətləndirmənin rolunu müəyyənləşdiriblər və qiymətləndirmə vasitələrinin hazırlanması ilə bağlı praktik işlər yerinə yetiriblər.
Eyni zamanda təlim iştirakçıları diaqnostik, formativ və summativ qiymətləndirmənin məqsədləri arasındakı fərqi müəyyənləşdirib, tədris prosesində qiymətləndirmənin rəqabətə deyil, stimulverici qüvvəyə çevrilməsini təmin etmək məqsədilə diqqət yetirilməli məqamları aydınlaşdırıb və bu istiqamətlərdə səmərəli təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, MDPİM fənlərin tədrisi metodikası, ümumi metodika və pedaqogika ilə bağlı bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq təlimlər keçirir.