28.10.2022

ARTİ "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" adlı layihə çərçivəsində inklüziv sinif təşkil olunan məktəblərdə metodik dəstək xidmətini təşkil edir

ARTİ Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində inklüziv sinif təşkil olunan məktəblərdə metodik dəstək xidmətini təşkil edir.

Layihənin əhatə dairəsinə daxil olan ümumi təhsil müəssisələrində keyfiyyətli inklüziv təhsilin tətbiqini təmin etmək məqsədilə müəllimlərə, korreksiyaedici pedaqoqlara, psixoloqlara və məktəb rəhbərliyinə mentorluq və Fərdi Təlim Planları üzrə dəstək göstərilir. Mentorluq dəstəyi zamanı sözügedən pedaqoji və inzibati heyət ilə əlilliyi olan şagirdlərin məktəbə və müəllimlərə adaptasiyası, sosiallaşması, həmçinin dərslərdə inklüziv təhsil metodlarından istifadə, tədris-təlim prosesində yaranan çətinliklər və onların aradan qaldırılması və valideynlərlə əməkdaşlıq kimi mövzulara dair müzakirələr aparılır, bu istiqamətlərdə təklif və məsləhətlər verilir. Bundan əlavə, mütəxəssislər tərəfindən  müəllimlər, korreksiyaedici pedaqoqlar, məktəb psixoloqları və valideynlərə Fərdi Təlim Planlarının tərtibi, təkmilləşdirilməsi və tətbiqi üzrə lazımi köməklik göstərilir.  

Qeyd edək ki, metodik dəstək xidməti cari ilin sonunadək davam edəcək.