28.10.2022

ARTİ tərəfindən doktorant və dissertantlar üçün "İxtisasa giriş" adlı ilk seminar təşkil edilib

28 oktyabr  tarixində ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi 2022-ci ildə qəbul olmuş doktorant və dissertantlar  üçün  “İxtisasa giriş” adlı ilk  seminarını  təşkil edib.

Seminarda doktorant və dissertantlara təhsil müddəti ərzində görəcəkləri işlər, onları gözləyən mərhələlər barədə geniş məlumat verilib. 

İlk olaraq  Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Aynur Əlimuradova 2022-ci ildə həyata keçirilən doktoranturaya qəbul prosesi, nəticələri və yekun barədə məlumat verib. 

Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov doktorantları qarşıda duran vəzifələr barədə məlumatlandırıb.

Yekunda iştirakçıların sualları cavablandırılıb.