31.10.2022

İnformatika fənni üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində seçmə imtahanı keçirilib

30 oktyabr 2022-ci il tarixində ümumtəhsil müəssisələrinin müəllimləri arasında informatika fənni üzrə seçmə imtahanı keçirilib. Onlayn formada keçirilən imtahana 400-dən çox müəllim müraciət edib. 

25 və daha çox suala düzgün cavab verən müəllimlər olimpiada proqramının mənimsənilməsinə dair 6 həftə ərzində dərslərə cəlb olunacaq. Dərslər onlayn formada təşkil olunacaq.

Qeyd edək ki, dərslərin əsas məqsədi məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi üçün müəllimlərin bilik və bacarıqlarını artırmaqdan ibarətdir.