03.11.2022

5-ci sinif yeni dərsliyin sınaq prosesini həyata keçirən müəllimlərlə görüş keçirilib

2 noyabr  2022-ci il tarixində Təhsil İnstitutunda 5-ci sinif Azərbaycan dili fənni üzrə hazırlanmış yeni dərsliyin sınaq prosesini həyata keçirən müəllimlərlə görüş keçirilib.

Görüşdə Respublikanın seçilmiş məktəblərində sınağı keçirilən 5-ci sinif Azərbaycan dili dərsliyinin müəllifləri, Tədris Resursları Mərkəzinin, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin əməkdaşları, həmçinin Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri iştirak edib.

Tədbirdə dərslik layihəsinin məqsədi, dilin tədrisindəki yeni yanaşmalar, dərsliyin məzmunundakı yeniliklər, yeni dərslik üzrə tədrisin təşkili  və s. məsələlər müzakirə olunub. Yeni dərsliyin sınağını həyata keçirən müəllimlərin tədris prosesində rastlaşdıqları problemlərlə bağlı suallar cavablandırılıb, dərsliyin məzmun və strukturu ilə bağlı rəy və təkliflər dinlənilib. Onlara tədrisin təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.