10.11.2017

"Fransız dili danışıq klubu" layihəsi çərçivəsində "Din və mənəviyyat" mövzusunda mini-debat keçirilib

10 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Fransız dili danışıq klubu” layihəsi çərçivəsində “La Religion et la spiritualite” (Din və mənəviyyat) mövzusunda mini-debat keçirilib.

Həmin gün məktəbin ümumi yığıncağında  Dini Qurumlar üzrə Dövlət komitəsinin maarifləndirmə işinin təşkili məqsədi ilə “Dini radikalizmə və narkomoniyaya yox!” devizi altında keçirdiyi seminar şagirdlərin böyük marağına səbəb olduğu üçün “Fransız dili danışıq klubu” layihəsinə inteqrasiya məqsədi ilə bu mövzu üzərində mini-debat keçirilib. Şagirdlər  “La Religion et la spiritualite” (Din və mənəviyyat) mövzusu üzrə 4 kart  seçərək leyhinə və əleyhinə olduqları fikirlərini fransız diində şərh ediblər.

Layihənin əsas məqsədi fransız dilində Şıfahi nitqin inkişaf etdirilməsi, şagirdlərlə fransız  dil   daşıyıcıları arasında virtual ünsiyyət qurmaq,  şagirdlərə öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına catdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi apararaq mədəniyyətlərarası dialoqun inkişafı  imkanı yaratmaq, müasir standartlartlara əsaslanan şagirdlərin fransız dilində dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, lüğət ehtiyatının zənginləşdirilməsi, mövzu üzərində diskussiya, debat yaratmaq və fransız dilində  ünsiyyət bacarıqlarını canlandırmaqdan ibarətdir.

Layihə Qazax rayonu fransız dili tədris edilən ümumi təhsil məktəblərinin müəllim və şagirdlərini, eləcə də fransız dilinə marağı olan hər kəsi əhatə edir.

Qazax rayon A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin  direktoru Xəlilova Söylü Nüşirəvan qızının rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.