"Öyrədənik, bir addım öndəyik" layihəsi çərçivəsində təlimlər davam etdirilir
“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər davam edir.
10-11 noyabr tarixlərində İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən təlimdə müxtəlif məktəblərdən olan müəllimlər iştirak edib. Təlimi giriş sözü ilə açan layihə rəhbəri Surə Mehdiyeva layihə haqqında geniş məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi İsmayıllı kənd məktəblərində çalışan müəlllimlərin İKT bcarıqlarının artırlmasını, yerli və beynəlxalaq layihələrlə işləmək bacarığının aşılanmasını təmin etməkdən ibarətdir.
Sonra təlimdə ağıllı lövhənin imkanlarından bəhs olunub. Tədbirin təlimçiləri layihənin təlimçisi Ruhiyə Mahmudova, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Leyla Babayeva və həmin məktəbin Azərbaycan dili müəllimi Həcər Abdurzaqova olub. Layihənin eksperti İnnovativ İdeyyalar İnsitutunun direktoru və Peşəkar Təlimçilər Akademiyasının təsisçisi, İKT, təhsil, karyera quruculuğu və düzgün peşə seçimi üzrə beynəlxalq təlimçi/ekspert Ramil Suleymanov muəllimlərə məsafədən təhsil, beynəlxalq olimpiadalar movzusunda müəyyən tövsiyələr verib.
Layihə çərçivəsində növbəti təlimin Lahıc və Sumağallı kənd məktəblərinin müəlimləri üçün keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində ümumilikdə 300 müəllimə təlim keçirilməsi nəzərdə tutulub.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin musiqi müəllimi Surə Mehdiyevanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.