13.11.2017

"Fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi çərçivəsində dərslər dərslər davam edir.

13 noyabrda “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi çərçivəsində inşaat mühəndisliyinin ikinci dərsini keçirilib.

STEM təhsil mərkəzi və 247 nömrəli tam orta məktəbin birgə layihəsi çərçivəsində kiçik qrup üzvlərinə inşaat mühəndisliyinin ikinci dərsi keçirilib. Dərs zamanı qrup üzvlərinə asma körpünün dayaq üzərində olan körpüdən fərqi öyrədilib, bucaq anlayışı, fiqurlar və onların dayanıqlığı haqqında məlumatlar verilib. Sonra isə ilk dəfə olaraq qrup üzvləri layihə üzrə işləyərək öz asma körpülərini düzəldiblər. 

Böyük qrupun şagirdlərinə isə mexanika mühəndisliyinə  aid olan, orta əsrlərdə istifadə olunan bir silah -  "katapulta" haqqında məlumat verilib. Şagirdlər silahın mexanikası ilə tanış olub, kinetik və potensial enerji, elastik və plastik deformasiya kimi anlayışlara yiyələniblər. Sonda şagirdlər həmin mexanizm üzrə öz katapultalarını düzəldərək onu sınaqdan keçirdiblər.  

Layihəyə çərçivəsində plana uyğun olaraq şagirdlərə təlim keçirilir, məktəbdə istifadə etmək üçün STEM kurikulumları və STEM laboratoriyası hazırlanır. STEM dərsləri pilot olaraq məktəbin şagirdləri üçün sınaqdan keçirilir və bu gələcəkdə məktəbdən sonra dərnək, texnologiya dərslərində istifadə oluna bilər. STEM təhsil metodu tələbələrə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

247 №li məktəbin təqdim etdiyi  ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş “fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi STEM Təhsil Mərkəzi ilə birgə həyata keçirilir. Layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.