"Təcrübədən səriştəyə" layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib
9 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Təcrübədən səriştəyə” layihəsi çərçivəsində “Mənim şanlı Bayrağım” adlı silsilə tədbirlər keçirilib.
Siyəzən şəhər 6 saylı məktəb liseydə 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə keçirilən tədbirdə layhənin rəsmi tərəfdaşları “Peşəkar İnkişaf Mərkəzi”nin, Atəşgah Travel” Turaqro turizm şirkətinin, Təhsil İnstitutunun “Təhsil Problemləri” qəzetinin, Siyəzən RTŞ-nin və Siyəzən rayonu Heydər Əliyev Mərkəzinin nümayəndələri, media qrumları və başqa qonaqlar iştirak ediblər.
Layihə çərçivəsində öyrədici-innovativ mərhələnin fəaliyyət planına uyğun həyata keçirilən tədbirin təşkilində müəllim, valideyin və şagird əməkdaşlığı yüksək nəticəliliklə müşahidə olunub.
Layihənin icra planına daxil olan məsələlərdən biri də seçilmiş şagirdlərin turizmin inkişafı məqsədi ilə tur-ekskursiyalarda iştirakının təmin olunmasıdır. Bu məqsədlə Respublikamızın ərazisində yerləşən tarixi abidələrin ekskursiya yolu ilə şagirdlər tərəfindən tədqiq edilməsi və turizmin inkişafı üçün tədqiqat işinin nəticəsi olaraq broşuraların hazırlanaraq insanlara paylanılması nəzərdə tutulub. Burada əsas strategiya şagirdlərin biliklərinin təkmilləşdirilməsi, praktik olaraq gələcəkdə ixtisaslanmaya yönləndirmə, turizm sektoruna kadr potensialının hazırlanması, səriştələrin zənginləşdirilməsi hədəf kimi qarşıya qoyulub.
Tədbirin yekununda şagirdlərin Qusar rayonuna tarixi abidələrə öyrədici-maarıfləndirici ekskursiyası və tədqiqat işi təşkil olunub.
Siyəzən şəhər 6 saylı məktəb liseyin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.