Şabranda istedadlı uşaqlara növbəti təlim keçirilib
14 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad edilməsi” layihəsi çərçivəsində ikinci təlim keçirilib.
Təlimdən bir gün əvvəl, 13 noyabrda isə layihə çərçivəsində Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin kitabxanasında məktəbin şagirdləri və layihəyə qoşulan Dağbilici kənd tam orta məktəbinin şagirdləri üçün “Mənim hüquq və vəzifələrim” adlı esse - yazı müsabiqəsi keçirilib. Əməkdaşlıq şəraitində keçən müsabiqənin sonunda bütün şagirdlərə sertifikatlar, fərqlənənlərə isə fəxri fərmanlar verilib. Sonda çəkilən foto şəkillərdən hər iki məktəbin şagirdləri foto stend hazırlayıblar.
Noyabr ayının sonlarında layihə çərçivəsində ADPU-nın Quba filialında lahiyə ilə bağlı birinci elmi konfrans, dekabr ayında isə T. Abbasov adına orta ikinci elmi konfransın keçirilməsi nəzərdə tutulub.
Bundan başqa layihə çərçivəsində dekabrın əvvəllərində müşаhidə, müsаhibə, psiхоdiаqnоstik mеtоdlаr, еkspеrimеntаl yоllа sınaq və tеstlər vаsitəsilə məktəblilərin ümumi intеllеkt səviyyələrini izləmək və istedadlı uşaqları аşkаrlаmaq, istedadlı uşaqların ümumi intеllеkt səviyyələrinin müəyyənləşdirilməsi üçün tеst sınаqlаrı kеçirmək və nəticələri onların cаri аkаdеmik uğurlаrı ilə kоrrеlyаsiyа səviyyəsini аrаşdırmаğa aid olan metodik vəsaitin nəşr etdirilməsi planlaşdırılır.
Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə 150 nəfəri əhatə edən layihənin II mərhələsi artıq yekunlaşmaq üzrədir.
Layihə Şabran rayonunun şəhər və kənd məktəblərinin şagirdlərini əhatə edir.
Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Fazilovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.