"Fransız dili danışıq klubu" layihəsi çərçivəsində növbəti təlim keçirilib
15 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Fransız dili danışıq klubu” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Qazax rayon A. Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə baş tutan təlimdə şagirdlər Fransız təmsilçisi Jean de la Fontaine-in “le Laboureur et ses enfants“ (“Əkinci və uşaqları”) əsəri ilə tanış olub, YouTube-da əsərin videosunu izləyərək mahnısını dinləyiblər. Sonra əsərin əsas ideyası barədə fikir mübadiləsi edərək verilmiş atalar sözləri üzərində diskussiya həyata keciriblər. Şagirdlər sonda bir neçə atalar sözlərinin üzərində işləyərək fikirlərini rəsmlərə köcürüblər.
Layihənin əsas məqsədi fransız dilində Şıfahi nitqin inkişaf etdirilməsi, şagirdlərlə fransız dil daşıyıcıları arasında virtual ünsiyyət qurmaq, şagirdlərə öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına catdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi apararaq mədəniyyətlərarası dialoqun inkişafı imkanı yaratmaq, müasir standartlartlara əsaslanan şagirdlərin fransız dilində dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, lüğət ehtiyatının zənginləşdirilməsi, mövzu üzərində diskussiya, debat yaratmaq və fransız dilində ünsiyyət bacarıqlarını canlandırmaqdan ibarətdir.
Layihə Qazax rayonu fransız dili tədris edilən ümumi təhsil məktəblərinin müəllim və şagirdlərini, eləcə də fransız dilinə marağı olan hər kəsi əhatə edir.
Qazax rayon A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Xəlilova Söylü Nüşirəvan qızının rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.