18.11.2017

"Oynayaraq öyrənirik" layihəsi çərçivəsində növbəti təlim keçirilib

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "Oynayaraq öyrənirik” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

18 noyabrda Bakı şəhəri N.Məmmədov adına 9 saylı tam orta məktəbdə şəxs inkişaf üzrə keçirilən növbəti təlimdə şagirdlər arasında 3 mərhələdən ibarət maraqlı debat keçirilib. Təlimin ikinci hiəssində komanda işi  və təqdimat bacarığı formalaşdırmaq üçün şagirdlərə tapşırıq verilib. Sonda hər komanda hədiyələrlə mükafatlandırılıb.

Bu təlimdən əvvəl, 15 noyabrda isə 9 saylı tam orta məktəbdə ötən həftə ərzində layihə çərçivəsində şəxsi inkişaf təlimlərində  iştirak edən şagirdlərin valideyinləri ilə ikinci seminar keçirilib.

Valideynlər şagirdlərin öyrəndikləri bacarıqları dəstəkləməkləri üçün lazımlı bilgilərlə tanış ediliblər. Seminar həm maarifləndirici həm də valideynlərlə əməkdaşlıq məqsədi daşıyıb.

Layihənin əsas məqsədi Bakı şəhəri N. Məmmədov  adına 9 saylı tam orta məktəbin şagirdləri üçün fərdi inkişaf təlimlərinin təşkil edilməsi və bu bacarıqlarının möhkəmləndirilməsi üçün yaradıcılıq məşğələlərinin keçirilməsindən ibarətdir. Layihə çərçivəsində mütəxxəsislərlə birlikdə şagirdlər üçün yaradıcı məşğələlərl, drama və rəqs məşğələləri ilə zəngin olan proqramların təşkil edilməsi nəzərdə tutulub.

Bakı şəhəri N.Məmmədov adına 9 saylı tam orta məktəbin müəllimi Sona Hacılının rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş "Oynayaraq öyrənirik” layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.