Bu gün müəllimlər üçün növbəti təlim olacaq
30 noyabrda “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulan təlimdə ağıllı lövhənin imkanlarından bəhs olunacaq, veb 2.0 alətlərinin dərs prosesində səmərəliyindən danışılacaq, Etwinning layihəsinin imkanları izah olunacaq. Təlimdə layihənin eksperti Ramil Süleymanov iştirak edəcək.
Qeyd edək ki, layihə çərçivəsində 24 noyabrda Sumağallı məktəbinin müəllimləri ücün təlim keçirilib. Layihə rəhbəri Surə Mehdiyeva iştirkçılara layihə və məqsədi haqqında geniş məlumat verib. Təlimdə veb 2.0 alətlərinin dərs prosesində səmərəliyindən danışılıb, Etwinning layihəsinin imkanları izah olunub. Təlim zamanı müəllimlər çox marağlı təkliflər səsləndiriblər.
Layihənin əsas məqsədi İsmayıllı kənd məktəblərində çalışan müəlllimlərin İKT bacarıqlarının artırlmasını, yerli və beynəlxalaq layihələrlə işləmək bacarığının aşılanmasını təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində ümumilikdə 300 müəllimə təlim keçirilməsi nəzərdə tutulub.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin musiqi müəllimi Surə Mehdiyevanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.