30.11.2017

"Fərqli şagirdlərə fərdi yanaşma" layihəsi çərçivəsindəişlər davam edir

Saatlı rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Fərqli şagirdlərə fərdi yanaşma” layihəsi çərçivəsində işlər davam edir.

Layihə çərçivəsində şagirdləri yaxşı oxumağa stimmullaşdırmaq, təlim nəticələrini daha da yaxşılaşdırmaq üçün onlara müxtəlif məktəb ləvazımatlarından ibarət hədiyyələr verilib.

Dərsdənkənar məşğələlər “Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti”ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla aparılır. Məşğələlərin layihənin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulub.

Fərdi kateqoriyada Gülnar Muxtarovanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.