Goranboyda müəllimlər üçün növbəti təlim keçirilib
Goranboyda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi" layihəsi çərçivəsində növbəti təlim keçirilib.
9-10 dekabrda keçirilən təlimin ilk günündə təlimçi psixoloq Kamandar Həsənov müəllimlərə müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsi üsullarından danışıb. 10 dekabrda isə təlimçi müəllim Könül Əhmədova və layihə rəhbəri Həsənov Səməndər təlim iştirakçılarına “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumiorta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklər” mövzusunda talim keçib.
Layihə çərçivəsində təlimlər həftədə 2 dəfə olmaqla Goranboy şəhəri 2 nömrəli tam orta məktəbda keçirilir.
Layihənin əsas məqsədi məqsədi DQ imtahanı üzrə Goranboy rayonundan iştirak etmiş və zəif nəticə göstərmiş müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilmənə nail olmaqdan ibarətdir. Bu məqsədlə də layihə çərçivəsində Azərbaycan dili və riyaziyyat müəllimlərinin pedaqoji hazırlıqlarının və test vərdişlərinin yüksəldilməsi istiqamətində təlimlər keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihənin sonunda yekun qiymətləndirmə imtahanı keçiriləcək.
Layihə çərçivəsində 16 dekabr tarixində təlimlər davam edəcək 17 dekabrda isə "Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi" layihəsinin son qiymətləndirmə imtahanı keçiriləcək. Bununla da layihə yekunlaşmış olacaq.
Səməndər Həsənovun fərdi kateqoriya üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.