Həsənqala kənd tam orta məktəbində növbəti təlimlər keçirilib.
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Qusar rayon Balaqusar Bələdiyyəsi ərazisində yerləşən 4 ümumtəhsil məktəbində peşəyönümü işinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
9-10 dekabr tarixlərində Qusar rayonu Həsənqala kənd tam orta məktəbində müəllimlər üçün növbəti təlim keçirilib. Layihənin təlimçi və ekspertləri peşə seçimində sağlamlığ mövzusunda müzakirələr aparıb, layihənin işinə cəlb olunmuş psixoloq tərəfindən təlimdə iştirak edənlərə psixoloji xidmət göstərilib. Həftə ərzində layihədə iştirak edən 4 məktəbdə VIII-XI sinif şagirdləri üçün peşəyönümü dərslərinin keçirilməsi planlaşdırılıb.
Layihənin məqsədi səmərəli peşəyönümü sistemini hazırlayıb qurmaq vasitəsi ilə IX-XI sinif şagirdlərinin peşə və ixtisas seçimini təkmilləşdirmək və digər ümumtəhsil məktəblərində onların tətbiq edilməsi üçün nümayiş etdirməkdir.
Ümumilikdə layihə çərçivəsində Həsənqala, Bədirqala, Balaqusar və Köhnə Xudat Qazmalar kənd məktəblərində könüllü müəllimlərdən peşəyönümü və ixtisasseçimi üzrə təlimçi–mütəxəsislərin hazırlanması, şagirdlər üçün peşəyönümü təlimlərinin və testlərin keçirlməsi, məsləhətlərin verilməsi, ümumtəhsil məktəbləri və peşə məktəbləri arasında əlaqələrin qurulmas, peşə məktəblərinə informasiya turlarının təşkil olunması, fiziki qüsurlu məktəblilərin peşəyönümü təlimlərində iştirakının təmin edilməsi nəzərdə tutulub.
13-14 dekabr tarixlərində müəllimlər üçün təlim-seminarların keçirilməsi və Məşğulluq mərkəzinin əməkdaşlarının məktəbdə şagirdlərlə görüşünün təşkil olunması nəzərdə tutulub.
Qusar rayon Həsənqala kənd tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.