09.12.2017

Kimya və biologiya üzrə fənn müsabiqəsinin final mərhələsi baş tutub.

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş “Kimya və biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarının yaradılması və onlarla mütəmadi işin təşkili” layihəsi çərçivəsində fənn müsabiqəsinin final mərhələsi keçirilib.

9 dekabrda keçirilən final mərhələsi Kimya-Biologiya Təmayüllü Respublika Liseyində baş tutub. Müsabiqədə kimya və biologiya fənləri üzrə ümumilikdə 300 nəfər iştirak edib. İmtahanın gedişinə 2 saat yarım vaxt ayrılıb.

Qeyd edək ki, Kimya-Biologiya Təmayüllü Respublika Liseyin layihə çərçivəsində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə elan etdiyi fənn müsabiqəsinin birinci mərhələsi 11 noyabrda başa çatıb. Birinci mərhələdə 2115 nəfər şagird iştirak.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.