"STEM Azərbaycanda 2018" Müəllim Konfransı keçirilib.
2 sentyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Aliyə Əhmədovanın “STEM Azərbaycanda 2018” Müəllim Konfransı adlı layihəsi çərçivəsində konfrans keçirilib.
1-ci qrant müsabiqəsi çərçivəsində uğurla həyata keçirilmiş “STEM Azərbaycanda” layihəsinin məntiqi davamı olan “STEM Azərbaycanda 2018” Müəllim Konfransı layihəsinin əsas məqsədi məqsədi STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilalanlarda 21-ci əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyyəti istiqamətində maarifləndirməklə, özündə müxtəlif STEM məzmunlu mövzular birləşdirən müəllim konfransının təşkil edilməsidir.
Regionun ilk STEM məzmunlu konfransı olan “STEM Azərbaycanda 2018” Müəllim Konfransda respublikanın bir çox şəhər və rayonlarının 110 müəllimi aktiv şəkildə iştirak ediblər. Konfrans çərçivəsində çap olunmuş məqalələr sırasında Gürcüstan və Türkiyədən də iştirak edən müəlliflər vardır. Konfransı giriş sözü ilə açan layihə rəhbəri, Sumqayıt şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi Aliyə Əhmədova konfransın məqsədi, layihənin davamlılığı və s. barədə genş məlumat verdi. Ən yeni təqdimat texnologiyalardan istifadə edərən çıxışçılar auditoriyanın rəğbətini qazanmağa nail oldular. H.Əliyev adına MTK-nın fizika müəlllimi dos Qalib Şərifov “Şagirdlərinin şəxsiyyətyönümlü inkişafında STEMin rolu” mövzusundakı çıxışı zamanı müxtəlif yaş səviyyələri üzrə STEM məzmunlu layihələr üzərində praktiki iş nümunələri barədə ətraflı məlumat verdi. Lego Mindstorms EV3 və Robotix üzrə mütəxəssis İlhamə Hacıyeva“STEAM əsaslı təlim prosesində Lego Mindstorms EV3 və Robot texnologiyası” mövzusunda əyanı prototip qurğulardan istifadə etməklə peşəkar vorkşop təqdim etdi. AMEA İdarəetmə sistemləri institutunun doktorantı, elektron lövhə üzrə təlimçi Günay Hüseynzadə “Tədris və tətbiqin vəhdəti-STEM” mövzusunda çıxışı boyunca auditoriyaya ünvanladığı tapşırıqların cavabını analiz etmək üçün QR kodlardan istifadə etdi.“Azərbaycanda STEM müəllimi” müsabiqəsinin qalibi, 221 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Həmidova “STEM şagirdləri-Gələcəyin yaradıcı insanı” mövzusunda çıxışı zamanı 2017-2018-ci tədris ili boyunca şagirdləri ilə birlikdə icra etdikləri STEM fəaliyyətlərini geniş şəkildə işıqlandırdı. Konfransın qonağı, Türkiyənin Mersin şəhərinin Silifke Bilim ve Sanat Mərkəzinin Lego Mindstorms EV3 və Robotix üzrə mütəxəssisi Melike Yılmaz “Geleceğin sınıfları, okullarda Artırılmış Gerçeklik-AR Kullanımı “ mövzusunda interaktiv təqdimat vasitəsilə müəllimlərin dərs prosesində rahatlıqla istifadə edə biləcəkləri tədris alətləri ilə işləmək üsullarını nümayiş etdirdi. ARTİ-nin dissertantı, Bakı şəhəri 60 nömrəli tam orta məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədova “Təbiət fənlərinin tədrisinə müasir yanaşma–STEM dərsləri” mövzusunda çıxışı ilə yanaşı Fransanın Paris ətrafı Sevres adlanan hissəsində təşkil olunmuş, İbtidai və Orta təhsil pilləsində Təbiət fənnlərinin tədrisi (Science Education in primary and middle schools) mövzusunda 9-cu Beynəxalq seminardakı iştirakından aldığı təəsüratları paylaşmaqla auditoriyanın marağna səbəb oldu.“STEM dərslərində texnologiyanın rolu” mövzusunda geniş məzmunlu çıxış edən Avropa Azərbaycan Məktəbinin informatika müəllimi, təlim texnologiyaları və rəqəmsal öyrənmə üzrə təlimçi Elvin Əliyev təbət və texniki fənlərin tədrisi zamanı simulyativ alətlərdən istifadənin üstünlüklərini də geniş şərh etdi. Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi, Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin direktoru Aytac Abbasovanın “Humanitar fənlərin tədrisində STEM və STEAM tətbiqi üsulları” mövzusunda və məktəb şagirdlərinin STEM məzmunlu qurğular hazırlamağa göstərdikləri cəhdlər barədə çıxışı xüsusi alqışılara səbəb oldu. Konfransa qəbul edilmiş məqalələrdən seçilmiş materiallar əsasında çap olunmuş konfrans toplusu iştirakçılara paylandı. Konfransın qonaqları sırasında TN-nin TSİİ-nin rəis müavini A. Abuşov, Sumqayıt TŞ-nin metodistləri, Bakı Təhsil İdarəsi nəznində Təlimə Dəstək Mərkəsinin direktor müavini Z. Ələkbərova, BDU, SDU, Qərb-Kaspi Universiteti, məktəb direktorları olmuşdur.
Layihə haqqında ətraflı məlumat layihənin saytında və “STEM Azərbaycanda 2018” facebook sosial səhifəsində yerləşdirilmişdir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.