02.10.2018

Riyaziyyat fənni üzrə beynəlxalq qiymətləndirmə ilə bağlı layihə uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri Riyaziyyat fənni üzrə beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanması” layihəsinin icrası uğurla davam etdirilir.

Layihənin əsas məqsədi Azərbaycanın ümumtəhsil məktəblərinin III siniflərində summativ qiymətləndirmə və ya IV siniflərdə diaqnostik qiymətləndirmə aparmaq məqsədilə Riyaziyyat fənni üzrə keyfiyyəti ölçə bilən qiymətləndirmə vasitələrinin tərtib edilməsində istifadə ediləcək beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanmasıdır.

Layihə çərçivəsində avqust və sentyabr aylarında layihə əsasında  qiymətləndirmə meyarları və ondan istifadə etmək üçün təlimat hazırlanmışdır. Ekspertiza prosesində hazırlanmış materialın uyğunluğu yoxlanılmış, meyarlar əsasında III sinif səviyyəsində test və situasiya tapşırıqları tərtib edilmişdir. Sentyabr ayının 2-ci dərs həftəsində situasiya tapşırıqları TN və BŞTİ ilə razılaşdırılmış məktəblərdə IV siniflərdə sınaqdan keçirililmişdir.

Layihə rəhbəri G.Hüseynzadə bildirib ki, son illər Azərbaycanda beynəlxalq qiymətləndirmələr ilə bağlı müxtəlif layihələr həyata keçirilir. İbtidai siniflərdə IV siniflərdə oxunun və qavramanın keyfiyyətini müəyyənləşdirən PIRLS və Riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini müəyyənləşdirən TIMSS kimi beynəlxalq qiymətləndirmələr zamanı Azərbaycanda müəyyən sualların cavablandırılmasında şagirdlərin qismən çətinlik çəkdiyi müşahidə edilir. O, əlavə edib ki, bir riyaziyyat müəllimi kimi onu TIMSS beynəlxalq qiymətləndirimənin IV siniflər üçün nəticəsi maraqlandırır. TIMSS üzrə növbəti beynəlxalq qiymətləndirmənin 2019-cu ildə keçirilməsi gözlənilir. Bəs görəsən bizim məktəblər belə bir qiymətləndirilmənin keçirilməsinə hazırdırlarmı? Məktəblərdə bu istiqamətdə işlər görülürmü?

Layihə çərçivəsində “Ümumtəhsil məktəblərinin III siniflərində summativ qiymətləndirmələr aparmaq məqsədilə Riyaziyyat fənni üzrə ölçə bilən qiymətləndirmə vasitələrinin hazırlanmasında istifadə ediləcək beynəlxalq qiymətləndirmə formatında meyarların hazırlanması” adlı vəsait hazırlanmışdır. Bu vəsaitin ödənişsiz şəkildə təhsil işçilərinin ixtiyarına veriilməsi nəzərdə tutulub.

Hazırda layihə çərçivəsində məktəblərdə keçirilən sınaq qıymətləndirmənin nəticələrin statistikası hazırlanır.

17 oktyabr 2018-ci il tarixində layihənin təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Bakı şəhəri məktəblərinin 3-cü və 4-cü siniflərini əhatə edən layihənin icra müddəti 3 aydır

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.