12.10.2018
"Pedaqogika və psixologiya problemləri üzrə elmi tədqiqatların əlaqələndirilməsi" mövzusunda seminar keçirilib
12 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil İnstitutunda dokdorant, dissertant və gənc tədqiqatçılar üçün növbəti seminar keçirilib.
"Pedaqogika və psixologiya problemləri üzrə elmi tədqiqatların əlaqələndirilməsi" mövzusunda keçirilən seminarın məruzəçisi pedaqogika üzrə elmlər doktoru, prof. İntiqam Cəbrayılov olub.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.