18.10.2018

"Qaydalı oyunlar" elektron kataloqu hazırlanır

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ində fərdi kateqoriya üzrə qalib olmuş Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi Məmmədova Ayselin “Qaydali oyunlar” elektron kataloqunun hazırlanması adlı layihəsinin sonuncu mərhələsinin icrasına başlanılıb.

Lahiyənin əsas məqsədi ibtidai sinif müəlimlərinin 5-6 yaşlı uşaqların təliminin təşkili ilə bağlı stereotiplərinin qırılmasına, məşğələlərin oyun üzərində qurulması bacarıqlarının formalaşmasına dəstək verməkdir.

“Qaydalı oyunlar” kataloqun əhatəliliyini genişləndirilməsi və əlçatan olması üçün elektron formatda çıxması nəzərdə tutulub. 

“Qaydalı oyunlar” elektron kataloqunun hazırlanması ücün TİPİİ-nin baş mütəxəssisi, ekspert Fərqanə Seyidli oyunları hazırlamış, ekspertlər uşaqların üzərində oyunları aprobasiya etmişdir. Vüqar Seyidli kitabın tərtibatını hazırlamış, Gülbəniz Nəcəfova bu mövzu ilə əlaqədar fransız və ingilis ədəbiyyatlarında araşdırma aparmışdır.

“Qaydalı oyunlar” kataloqunun təqdimatının  Bakı və Sumqayıt şəhərində olması nəzərdə tutulub.  İlk təqdimatın isə oktyabrın 26-da Bakı şəhərində, TİPİİ-də keçirlməsi planlaşdırırlır.

Layihənin icra müddəti 29 noyab 2018-ci ildə başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.