24.11.2018

"Sinfin idarəedilməsində istifadə olunan effektiv psixoloji üsullar" adlı seminar keçirilib

Noyabrın 24-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) təhsil işçiləri üçün növbəti seminar təşkil edilib.

“Sinfin idarəedilməsində istifadə olunan effektiv psixoloji üsullar” adlı seminarı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, təlimçi Leyla Şirinova keçib.

Seminar iştirakçılarına kiçik məktəbli yaş dövrünün psixoloji xüsusiyyətləri, dərs zamanı ibtidai sinif şagirdlərinin idrak fəallığının artırılması yolları, sinfin idarə olunmasının üsulları və effektiv idareəetmə strategiyasının seçilməsi haqqında məlumatlar verilib.

Seminar aparıcısının beynəlxalq təcrübədə rast gəlinən yeni tədris üsulu olan “Creative Drama” haqqında veridiyi məlumatlar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, bü cür seminarların mütəmadi olaraq ilin sonuna qədər təşkil edilməsi nəzərdə tutulur.