Təhsil İnstitutunda təhsil işçiləri üçün növbəti seminar keçirilib
Təhsil İnstitutunda təhsil işçiləri üçün növbəti seminar keçirilib.
Dekabrın 7-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) təhsil işçiləri üçün növbəti seminar təşkil edilib.
“Müasir uşaqların tolerantlıq problemi və onların seçdikləri “asan” çıxış yolu” adlı seminarı Təhsil İnstitutunun Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin aparıcı mütəxəssisi Humay Alıkişiyeva keçib.
Seminar iştirakçılarına müasir şagirdlərin tolerantlıqla bağlı yaşadıqları problemlər, onların yaranma səbəbləri və s. haqqında məlumat verilib. Problemə pedaqoji aspektdən yanaşma, müəllim, psixoloq və valideynlərin birgə fəaliyətinin vacibliyi ilə bağlı verilən tövsiyələr, seminarın fəal diskussiya şəklində keçməsi iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Qeyd edək ki, bu cür seminarların mütəmadi olaraq ilin sonuna qədər təşkil edilməsi nəzərdə tutulur.