"Məktəbdə sosial normalar modelinin qurulması və qorunması" layihəsi başa çatdı
“Məktəbdə sosial normalar modelinin qurulması və qorunması" layihəsi başa çatdı.
Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Günel Məhərrəmovanın “Məktəbdə sosial normalar modelinin qurulması və qorunması" layihəsi başa çatmışdır.
Layihənin əsas məqsəd və vəzifələri Azərbaycan cəmiyyətinin mənəvi dəyərlər modelinin qurulmasına, empirik yoxlanılmasına, daha sonra isə həmin modelin dəstəyinə və inkşafına yönəlmişdir. “Mənəvi-əxlaqi dəyərlərin qorunması” adlı təlimin tədris planına daxil edilməsi uşaq və yeniyetmələrin məlumatlı böyümələrini təmin edəcəkdir.
Qrand layihə 132-134 nömrəli Təhsil Kompleksində 8-ci sinif şagirdlərini əhatə etmişdir.
Layihə çərçivəsində aşağıda qeyd edilən tədbirlər və seminarlar həyata keçirilmişdir:
- mənəvi-əxlaqi dəyərlərə təsir edən potensial faktorların seçilməsi məqsədi ilə uşaqlarla göruşlər təşkil edilmiş;
- mənəvi-əxlaqi dəyərlərə təsir edən potensial faktorlarının diaqnostikası üçün beynəlxalq metodikaların seçilmiş və anketlər hazırlanmış;
- mənəvi-əxlaqi dəyərlərin psixoloji testlər və texnikalar vasitəsi ilə diaqnostikası;
- yığılmış məlumatların psixometrik hesablanması və analizi, Azərbaycan mühitinə uyğun normaların aşkar edilməsi (adoptasiya və approbasiya) yaş xüsusiyyətlərinə uyğun nəticələr muqayisə olunmuş;
- valideyin və müəllimlərə “mənəvi-əxlaqi dəyərlərin qorunması” mövzusunda maarifləndirmə təlimləri keçirilmiş;
- kiçik məktəblilərin və yeniyetmələrin psixoloji və fizioloji inkişafının xüsusiyyətlərinə dair maarifləndirici seminar və təlimlər keçirilmiş;
- alınmış nəticələr əsasında uşaqlarla yaş xüsusiyyətlərinə uyğun treninqlər aparılmış;
- layihə çərçivəsində konsultasiya xidməti təşkil edilmişdir.
Layihənin icra müddəti: 10 sentyabr-10 dekabr 2018-ci il tarixlərini əhatə etmişdir.
Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.