14.05.2019

Təhsil İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

Mayın 14-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Elmi şuranın növbəti iclası keçirilib.

İclasda 2018-2019-cu tədris ili üçün doktorantura və dissertanturaya qəbul olunmuş şəxslərin dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edilib.

Tədbirdə 2019-cu il üçün elmlər və fəlsəfə doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya qəbul planları müzakirə edilib, institutun fəlsəfə doktoru proqramı üzrə dissertantına yaradıcılıq məzuniyyəti verilib.

2018-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri əsasında hazırlanmış 9 əsər nəşrə təqdim olunması üçün təsdiq olunub.