24.05.2019

"Zəngi" liseyində "Bir tarixsən, Azərbaycan!" adlı tədbir keçirilib

Mayın 24-də “Zəngi” liseyinin ibtidai sinif müəllimi Lətifə Məcidova IV sinif şagirdləri ilə birlikdə “Bir tarixsən, Azərbaycan!” adlı tədbir keçirib.

Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq edilmiş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planınıda nəzərdə tutulan 2.1. “Milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması” istiqaməti üzrə 2.1.3. “Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, zəngin təbiəti”nin təbliği ilə bağlı hazırlanmışdır.

Tədbir zamanı şagirdlər Azərbaycanın qədim dövlətçilik ənənələrini canlandırdıqları hökmdarların obrazında tamaşaçılara çatdırıblar. Tarixin müxtəlif dövrlərinə aid geyimlər, rəqslər və səhnəciklər tədbiri daha da maraqlı edib. Şagirdlərin ifasında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Təhsil İnstitutunun əməkdaşları Humay Kərimova və Humay Alıkişiyeva tədbirdə çıxış edərək bu səpkili tədbirlərin keçirilməsinin milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanmasında böyük rol oynadığını qeyd ediblər.