02.07.2019

Parlamentin Elm və təhsil komitəsinin iclasında Təhsil İnstitutunun əməkdaşı işçi qrupunun üzvü seçilib

İyulun 2-də Azərbaycan Respublikasının Milli Məclisində “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədi ilə parlamentin Elm və təhsil komitəsində keçirilən iclasda Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev işçi qrupunun üzvü seçilib.

İclasda millət vəkillərindən, Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və ADA Universitetinin nümayəndələrindən ibarət işçi qrupu iştirak edib.

Təhsil nazirinin müavini İdris İsayevin iştirakı ilə keçirilən iclasda parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək həm dünya təcrübəsində olan dəyişikliklərin, həm də Azərbaycan təhsilindəki yeniliklərin əhatələnəcəyi qanun layihəsinin hazırlanmasının əhəmiyyətini vurğulayıb. Qanun layihəsində ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyası, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlərin öz əksini tapacağı gözlənilir.