11.07.2019

"Təhsil menecerlərinin peşəkar inkişafı" layihəsi çərçivəsində regionlar üzrə namizədlər üçün müsahibə mərhələsi keçirilib

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində regionlar üzrə namizədlər üçün müsabiqənin sonuncu mərhələsi keçirilib.

Layihənin üçüncü – müsahibə mərhələsində ikinci turda 19 və daha yuxarı bal toplayan 96 nəfər namizəd iştirak edib.

Xatırladaq ki, 2019-cu ilin fevral ayının 28-də elan edilmiş müsabiqədə iştirak etmək üçün 744 nəfər namizəd qeydiyyatdan keçmişdi.

Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə həyata keçirdiyi layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.

Layihə 2016-ci ildən həyata keçirilir.

Sonuncu mərhələnnin nəticələri iyul ayının sonuna qədər namizədlərin qeydiyyatdan keçdikləri elekron poçt ünvanlarına göndəriləcək.