09.10.2017

Təhsil Sərgisi başa çatdı

8 oktyabrda 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi başa çatdı.  6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil edilən sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilirdi.

Sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edib. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”“Sağlam təhsil  ̶  sağlam millət”“Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim edilib. Burada fəaliyyət göstərən lektoriyada mühazirələr oxunub, startapçılar çıxış edib və təqdimatlar nümayiş olunub. Həmçinin, respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edib və milli rəqslər ifa olunub

Sərgidə Bakı Dövlət UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiFransız-Azərbaycan Universiteti,Azərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan Dövlət Pedaqoji UniversitetiBakı Mühəndislik UniversitetiAzərbaycan Memarlıq və İnşaat UniversitetiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Dillər Universiteti və ümumilikdə 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim ediblər.