07.02.2020

Tədqiqatçıların Təhsil İnstitutunda görüşü keçirilib

Fevralın 6-da Azərbaycan Respublikasının Təhsi İnstitutunda “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində COST Fəaliyyəti (COST (Elm və Texnologiya sahəsində Avropa Əməkdaşlığı) təşkilatının maliyyə dəstəyi ilə tədqiqat şəbəkələrinin yaradılması)  ilə bağlı tədbir keçirilib.

Tədbir ali təhsil sistemində elmi tədqiqatın inkişafı və beynəlmiləşməsi, elmi tədqiqat prosesində innovasiyaların tətbiqi və sahibkarlıq mühitinin təşviqi, eləcə də tədqiqatçıların yerli və beynəlxalq maliyyə mexanizmlərində iştirakının stimullaşdırılması məqsədi ilə həyata keçirilib.

Görüşdə ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Avropa İttifaqının Horizon 2020 çərçivə proqramı üzrə milli nümayəndələri iştirak ediblər.

COST Assosiasiyasının məsul nümayəndəsi xanım Cudit Litcens və qeyd olunan layihənin ekspertləri COST Fəaliyyəti haqqında məlumat verərək Azərbaycan tədqiqatçılarının bu fəaliyyət üzrə beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.