28.02.2020

"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində təlimlər keçirilib

Fevralın 25-i və 27-si Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində Avropa İttifaqının çərçivə proqramı "Horizon 2020" ilə bağlı təlimlər keçirilib.

 

Təlimlərdə layihənin ekspertləri Gorazd Weiss, Sevil İmanova və Cəmil Məmmədov Avropa İttifaqının tədqiqatı maliyyələşdirmə mexanizmləri ilə yanaşı, müraciət prosesi və qaydaları haqqında ətraflı məlumat veriblər. Təlimlərdə universitet əlaqələndiriciləri, Təhsil İnstitutunun və ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.