"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində tədrisə start verilib.
Oktyabrın 5-indən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) həyata keçirdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində tədris prosesinə start verilib.
Bu tədris ilində yeni təşkil edilən 179 qrupla birlikdə layihə çərçivəsində fəaliyyət gösərəcək məktəbəqədər təhsil qruplarının ümumi sayı 500-ə çatıb. Məktəbəqədə təsil qruplarında ümumilikdə 486 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ölkə ərazisindəki hərbi vəziyyətlə bağlı cəbhəyanı ərazilərdə yerləşən 400-dən çox ümumi təhsil müəssisəsinin həftəlik dərs cədvəllərində etdiyi dəyişiklik nəticəsində 8 rayon üzrə 56 icma əsaslı məktəbəqədər təhsil qrupunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Yeni tədris ilində ümumilikdə 10000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək layihə respublikanın 50 şəhər və rayonunda icra olunacaq.
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.