04.12.2020

SAGE journals elmi platformasında növbəti elmi məqalə nəşr olunub

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə 2019-2020-ci illər ərzində təhsilin müxtəlif pillələri və səviyyələri üzrə aparılmış araşdırmaların nəticəsi olaraq, SAGE journals elmi platformasında növbəti elmi məqalə nəşr edilmişdir. “Success of Honors Program in Azerbaijan: Do Honors Students Perform Better Than Nonhonors Students?” başlıqlı məqalədə tələbələrin nailiyyətlərində akademik göstəricilər, gələcək akademik hədəflər və ictimai həyatda fəallıqları kimi faktorlar nəzərə alınmaqla əldə etdikləri akademik nailiyyətlər, “SABAH” qruplarının və sıravi qrupların timsalında müqayisəli analiz aparılmışdır.

Məqalənin tam mətni ilə https://journals.sagepub.com/doi/pdf/10.1177/1932202X20973999 linki vasitəsilə tanış olmaq mümkündür.

Bu silsilədə nəşr olunmuş digər məqalələrə keçid üçün https://www.arti.edu.az/az/page/30-maqalalar səhifəsinə müraciət edə bilərsiniz.