Peşə təmayüllü siniflərin şagirdləri arasında onlayn intellektual oyun keçiriləcək
Azərbaycan Respublikasının Təhsil İnstitutunun həyata keçiridiyi “Peşə Təmayüllü Siniflərin Təşkili“ layihəsi “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə ”Qəhrəmanını tanı” devizi altında peşə təmayüllü siniflərin şagirdləri arasında “Nə? Harada? Nə zaman?” onlayn intellektual oyun təşkil edəcək.
Oyunu keçirməkdə məqsəd gənclərə vətənpərvərlik hissinin və vətəndaşlıq mövqeyinin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərə hörmət hissinin təbliği, torpaqlarımızın azadlığı uğrunda igidlik nümunəsi göstərmiş qəhrəmanlarımızın tanıdılması, şagirdlərdə intellektual səviyyəsini, dünyagörüşünü stimullaşdırmaq və peşə təmayüllü siniflər arasında ünsiyyət və əməkdaşlıq əlaqələrini gücləndirməkdir.
Oyunda peşə təmayüllü siniflərdə təhsil alan 35 ümumi təhsil müəssisəsinin şagirdləri iştirak edə biləcək.
İntellektual oyunda I, II ,III yeri tutan komandaların Fəxri Fərman və xatirə hədiyyələri ilə mükafatlandırılması nəzərdə tutulub.