22.01.2021

"Virtual məktəb" platformasında onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət

Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti - YUNİSEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2019-2020-ci illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” layihəsi çərçivəsində “Məktəb rəhbərləri “Virtual məktəb” platformasında onlayn təhsilin təşkili və həyata keçirilməsinə necə nəzarət edə bilərlər?” adlı video-təlimat hazırlanıb. Video-təlimat virtual məktəb platformasına yerləşdirilmişdir və bu təlimata əsasən vebinarlar keçirilməkdədir.

Video-təlimatda sinif qruplarının aktivləşdirilməsi, siniflərdə təyin olunan görüşlərin izlənilməsi, müəllimlərin veb 2.0 alətlərindən istifadəsinə nəzarət, fənlər üzrə analitik təhlil üçün İNSİGHT proqramı və onun imkanları, onlayn “Müəllimlər otağı” komandasında iclasların təşkili və s. barədə məlumatlar verilib.