19.10.2017

"Düzgün istiqamət təhsildə inkişafdır" layihəsinə start verilib.

Təhsildə inkişav və innovasiyalar üzrə I qrant müsabiqəsinin qalibi olmuş “Düzgün istiqamət təhsildə inkişafdır” layihəsinə start verilib.

Layihəənin məqsədi Quba şəhərində təyin olunmuş məktəblərdə 9-11-ci sinif şagirdləri ilə görüşüb onlara təlimlər keçmək, onları regiona tələbli ixtisas və peşələrə yönləndirmək, təmayülləşmə barədə ətraflı məlumatlandırmaqdır. 

Layihə çərçivəsində işlərin davam etdirilməsi istiqamətində ilk olaraq layihə Quba Rayon Təhsil Şöbəsinin metodkabinet işçilərinə təqdim olunub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.