Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə bu gün saat 19:00-da "İş dünyası və ali təhsildə trendlər" onlayn vebinarlar silsiləsinin "Layihənin idarə edilməsi- Təhsildən təcrübəyə" adlı ikinci tədbiri baş tutub.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə bu gün saat 19:00-da “İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin “Layihənin idarə edilməsi- Təhsildən təcrübəyə” adlı ikinci tədbiri baş tutub.
Təqdimatı bu sahədə böyük müvəffəqiyyət əldə etmiş və rəhbəri olduğu TANAP layihəsinin Layihələrin İdarəolunması İnstitutu (“Project Management Institute” (PMI)) tərəfindən “2020-ci il, İlin Layihəsi” mükafatına layiq görülmüş Polad Rüstəmov aparıb.
Tədbirdə təhsil idarəçiləri, işçiləri və tələbələr iştirak edib. Təqdimat Azərbaycan dilində baş tutub.
200-ə yaxın iştirakçının qatıldığı onlayn vebinarda layihə idarəçiliyinin əsasları, liderliyin xüsusiyyətlərindən ətraflı izahatlar və idarə olunma haqqında məlumatlar verilib. Müvafiq bacarıqların tədris prosesində inkişaf yolları müzakirə olunub. Həmçinin, Polad Rüstəmov gənc nəslə maraqlı və təcrübədən keçmiş sınaqları nümunə göstərib , onlarla səmimi və həvəsləndirici söhbət aparıb.
Sonda təqdimatın mövzusuna uyğun olaraq Polad müəllimə suallar ünvanlanıb.Təqdimat iştirakçılar tərəfindən maraqla izlənilib.