15.02.2021

"Onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət" mövzusunda vebinarlar yekunlaşmışdır.

 

Məktəb rəhbərləri (direktor və direktor müavinləri), yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün “Onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət” mövzusunda və COVID-19 pandemiyası dövründə və sonrasında tədrisin təşkilinə dair məktəblərin və yerli təhsili idarəetmə orqanlarının əməkdaşlarının peşəkar inkişafı üçün vebinarlar təşkil olunmuşdur. Vebinarlar virtual məktəb platformasında onlayn təhsilin təşkili və həyata keçirilməsi ilə bağlı məktəb rəhbərlərinə dəstək məqsədi ilə təşkil olunmuşdur.

Vebinarlarda iştirakçılar sinif qruplarının aktivləşdirilməsi, siniflərdə təyin olunan görüşlərin izlənilməsi, müəllimlərin veb 2.0 alətlərindən istifadəsinə nəzarət, fənlər üzrə analitik təhlil üçün INSIGHT proqramı və onun imkanları, onlayn “Müəllimlər otağı” komandasında iclasların təşkili və s. barədə məlumatlandırılıblar. Eyni zamanda vebinarda məktəb rəhbərlərinin qarşılaşdığı problemlər müzakirə olunub və onların həll yolları təklif edilib.

Qeyd edək ki, Onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət və COVID-19 pandemiyası dövründə və sonrasında tədrisin təşkilinə dair məktəblərin və yerli təhsili idarəetmə orqanlarının əməkdaşlarının peşəkar inkişafı mövzusunda vebinarlar ölkə üzrə həyata keçirilmiş və ümumilikdə vebinarlarda 18500 nəfər iştirak etmişdir.