Azərbaycan Respublikası Təhsil İnstitutunun tərkibində Metodik Dəstək Mərkəzi (MDM) yaradılıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun tərkibində Metodik Dəstək Mərkəzi (MDM) yaradılıb. Mərkəzin əsas məqsədi tədris prosesinin təşkilində təhsilverənlərə dəstək üçün metodik köməkliyin göstərilməsi, bu sahədə yeniliklərin və yenidənqurma fəaliyyətinin tətbiq edilməsi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumi təhsil müəssisəsində öyrədici mühitin yaradılması, metodist hazırlığı və yenidənhazırlanması istiqamətində müvafiq işlərin icrasıdır. Həmçinin, mərkəz 2021-ci il ərzində rayon metodik kabinetləri ilə kommunikasiyanın təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılmasını nəzərdə tutan fəaliyyət planı hazırlayıb.
Hazırda virtual məkanda metodik dəstəyin əlçatanlığının artırılması üçün nəzərdə tutulan metodik dəstək portalının hazırlanması istiqamətində işlər həyata keçirilməkdədir. İl ərzində təhsilin bütün səviyyələrində fəaliyyət göstərən təhsil işçilərinə xitab edəcək məlumatlarla zəngin portalın istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Mərkəzin strukturuna Metodik Xidmətin Təşkili və Əlaqələndirmə şöbələri daxildir.