"Minillikdən sonrakı nəsil: təhsilin yeni erası" adlı vebinar təşkil edilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu 10 mart 2021-ci il tarixində “Minillikdən sonrakı nəsil: təhsilin yeni erası” adlı vebinar təşkil edib.
Vebinarda spiker qismində hazırda Rusiyada “Raiffeisen Bank”da baş menecer, vitse-prezident vəzifələrində çalışan xanım Qalina Xromina çıxış edib. Fərqli nəsillərin, xüsusilə “Z” adlandırılan yeni nəslin təhsil ehtiyaclarını araşdırmağa yönələn vebinarda hazırda təhsil mühitindəki mövcud problemlər və onların həlli yolları müzakirə edilib. Tədbir zamanı təhsil sahəsində baş vermiş dəyişikliklər, dövlət və özəl təhsil müəssisələrinin bu prosesdəki rolu kimi mövzulara da toxunulub.
100-dən çox iştirakçının qatıldığı vebinarın sonunda xanım Qalina Xromina gənclərə mövzuya uyğun olaraq öz tövsiyələrini verib və aidiyyəti üzrə sualları cavablandırıb.