12.03.2021

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələr keçirilib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzi (İnsan Resursları Mərkəzi) 5-18 fevral 2021-ci il tarixlərində müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələr keçirib. Müsahibələr Microsoft Teams platforması üzərindən  təşkil olunub. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən 2912 namizəddən 2715 nəfəri uğur qazanıb.

Qeyd edək ki, onlayn müsahibələrdə müvəffəqiyyət qazana bilməyən namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub. Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.