12.03.2021

"Məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili" adlı metodik vəsait hazırlanıb

Azərbaycan Respublikasının Təhsil İnstitutu müəllimlər üçün “Məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili” adlı metodik vəsait hazırlayıb.

Metodik vəsaitin hazırlanmasında məqsəd ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin əlilliyi olan uşaqlarla təlim prosesini səmərəli təşkil etmələrinə kömək etməkdir. Vəsaitdə inklüziv təhsilin təşkilinin həm nəzəri, həm də praktik tərəfləri təqdim edilir.

Uşaqyönümlü pedaqogika, universal öyrənmə dizaynı, fərdi təlim planı və s. kimi fəsilləri əhatə edən kitab inklüziv təhsilin inkişafında mühüm rol oynayan vasiələrdən biri hesab olunur.

Nəzərinizə çatdıraq ki, inklüziv təhsilin məqsədi uşaqların fiziki, psixoloji, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq öz həmyaşıdları ilə eyni mühitdə səmərəli öyrənməsini təmin etməkdir.

Vəsaitlə tanış olmaq üçün saytımızın nəşrlər bölməsinə keçid edə bilərsiniz: https://bit.ly/3rFunxi